[b]İtaliya klubu baş məşqçisi ilə vidalaşdı[/b]
21.11.2017 - 18:05
[b]İtaliya klubu baş məşqçisi ilə vidalaşdı[/b]

“Udineze”nin baş məşqçisi Luici Delneri istefaya göndərilib. Apasport.az saytı xəbər verir ki, klub rəhbərliyi 67 yaşlı çalışdırıcı ilə İtaliya çempionatının XIII turunda “Kalyari”yə məğlubiyyətdən (0:1) sonra vidalaşmağı məqsədəuyğun sayıb.  

 

Delneri ilə yanaşı, onun köməkçisi Cüzeppe Feratsoli də işindən azad edilib. Klub məlumatı rəsmi saytı vasitəsilə açıqlayıb.

 

Qeyd edək ki, A seriyasında 12 oyuna 12 xal toplayan “Udineze” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

0