[b]Jezniçakdan maraqlı paylaşım: Mağazanı bağlamışdı - FOTO[/b]
18.10.2017 - 23:27
[b]Jezniçakdan maraqlı paylaşım: Mağazanı bağlamışdı - FOTO[/b]

"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Atletiko" ilə oyundan sonra maraqlı paylaşım edib. Apasport.az xəbər verir ki, polşalı legioner komanda yoldaşı İbrahim Şehiçlə selfi edərək, qapıçını tərifləyib: "Madrid komandasıyla qarşılaşdıq. Şehiç bu gün mağazanı bağlamışdı. Komandaya afərin". 

 

Xatırladaq ki, "Qarabağ" "Atletiko" ilə 0:0 hesablı heç-heçə sayəsində qrup mərhələsində ilk xalını qazanıb.

0