[b]Kaka getdi[/b]
17.12.2017 - 22:06
[b]Kaka getdi[/b]

Braziliya yığmasının keçmiş yarımmüdafiəçisi Kaka karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib.

 

ABŞ-ın “Orlando” klubunun formasını geyinən ulduz futbolçu karyerasını bitirmək barədə çoxdna düşünürdü. 35 yaşlı hücumameyilli oyunçu bir açıqlamasında buna səbəb kimi zədələrini göstərmişdi: “Artıq futboldan həzz almıram. Hər oyundan sonra yaşadığım ciddi ağrılar vəziyyətimi pisləşdirir. Futbol oynayanda özümü yaxşı hiss etmirəm”.

 

Bu dəfə isə o, qərarını bir cümlə ilə ifadə edib: “Karyeram başa çatdı”.

 

Qeyd edək ki, Kaka bu mövsüm keçirdiyi 22 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

0