[b]Kamran Quliyev dostunu “Neftçi”yə gətirdi [/b]
11.06.2018 - 16:09
[b]Kamran Quliyev dostunu “Neftçi”yə gətirdi
[/b]

"Neftçi” 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, Tural Axundov 1 illik müqaviləyə imza atıb.

29 yaşlı cinah müdafiəçisi komandanın heyətində 18 nömrəli formanı geyinəcək.

Klub prezidenti Kamran Quliyevin yaxın dostu sayılan Axundov karyerası ərzində “Muğan”ın (39 oyun, 3 qol), “Rəvan”ın (54 oyun), “Simurq”un (63 oyun) və “Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən 18 nömrə 32 görüşdə 4 qol vurub.

Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan futbolçu Belarus və Makedoniya ilə yoxlama görüşlərində meydana çıxıb.

 

0