20 Fevral 19:36 Kamran Quliyev "Sumqayıt"la vidalaşdı - FOTO
FUTBOL xəbərləri 20 Fevral 19:36
642 baxış

Kamran Quliyev "Sumqayıt"la vidalaşdı - FOTO

"Neftçi"nin yeni prezidenti Kamran Quliyev sabiq klubu "Sumqayıt"la vidalaşıb. Apasport.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, o, bu gün Sumqayıt şəhər stadionunda olub.

 

Quliyev "gənclik şəhəri" təmsilçisinin əməkdaşları və komanda üzvləri ilə görüşərək onlarla vidalaşıb. Görüşdə Quliyevin gedişindən sonra onun tutduğu vəzifəni müvəqqəti icra edən vitse-prezident Vaqif Ömərov da iştirak edib.

 

"Sumqayıt" rəhbərliyi və komanda üzvləri sabiq prezidentə yeni işində uğurlar arzulayıb.

Xəbər lenti