[b]Karius tənqidlərə cavab verdi[/b]
23.07.2018 - 13:07
[b]Karius tənqidlərə cavab verdi[/b]

“Liverpul”un qolkiperi Loris Karius Dortmund “Borussiya”sı (1:3) ilə oyundan sonra haqqındakı tənqidlərə cavab verib. Apasport.az saytının məlumatına görə, alman qapıçı bu barədə instaqram hesabında paylaşım edib.

 

“Başqalarının səhv etməsini, əziyyət çəkməsini izləməyi sevənlərə müraciət edirəm. Bilmirəm, həyatınızda bu qədər kinli olmağınıza səbəb olacaq hansı hadisələr baş verib, ancaq ümid edirəm ki, onlar geridə qalacaq və gözəl günlər sizin üçün də gələcək” – deyə, o qeyd edib.

 

Qeyd edək ki, Dortmund “Borussiya”sı ilə oynanılan görüşdə Loris Karius nəticəyə təsir edə biləcək iki səhvə yol vermişdi.

0