23 Oktyabr 11:38 Karrasko “Qarabağ”la oyundakı hərəkətinə görə cəzalandırıldı
FUTBOL xəbərləri 23 Oktyabr 11:38
3191 baxış

Karrasko “Qarabağ”la oyundakı hərəkətinə görə cəzalandırıldı

“Atletiko”nun aparıcı futbolçusu Yannik Karraskonun İspaniya La Liqasının IX turunda “Selta” ilə səfər matçına aparılmamağının səbəbi məlum olub. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, belçikalı yarımmüdafiəçinin oyunu buraxmasının səbəbi zədə olmayıb.

 

Klubun rəsmi saytında Karraskonun “Qarabağ”la Çempionlar Liqası qarşılaşmasında dizindən zədələndiyi və bu üzdən məşqlərdən kənarda qaldığı yazılmışdı. Ancaq bunun səbəbi ulduz futbolçunun baş məşqçi Dieqo Simeone tərəfindən cəzalandırılmağıdı.

 

Belə ki, oktyabrın 18-də Bakıda keçirilən oyunun 72-ci dəqiqəsində Karrasko əvəzlənərkən meydanı yavaş addımlarla tərk edib. Buna görə azarkeşlərin qınaq obyektinə çevrilən oyunçuya qarşılaşmadan sonra paltardəyişmə otağında komanda yoldaşları da öz iradlarını bildiriblər.

 

Hətta rəhbərlik də komandanın qələbə qolunu vurmağa tələsdiyi bir vaxtda Belçika millisinin üzvünün bu davranışını düzgün saymayıb. La Liqanın VII turunda “Leqanes”lə matçdan sonra 24 yaşlı oyunçunun kapitan Qabi ilə mübahisəyə girişdiyini də nəzərə alan Simeone onu cəzalandırmaq qərarına gəlib. “Qarabağ”la qarşılaşmadakı davranışı da onun “Selta” ilə oyuna aparılmamağı bahasına başa gəlib.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Atletiko” oyunu qolsuz bərabərliklə nəticələnib.

Xəbər lenti

Xəbər lenti