21 Oktyabr 01:14 Kasilyasın “günahı” bəlli oldu
FUTBOL xəbərləri 21 Oktyabr 01:14
1357 baxış

Kasilyasın “günahı” bəlli oldu

“Portu”nun qapıçısı İker Kasilyasın heyətdən kənarlaşdırılmasının səbəbi bəlli olub. Apasport.az saytının “AS”a istinadən məlumatına görə, buna səbəb onun telefonla çox oynaması olub.

 

Baş məşqçi Serjio Konseysao “Leypziq”lə oyunda ispan qapıçını start heyətində düşünsə də, təcrübəli “çərçivə qoruyucusu”nun telefon marağı onun cəzalanmasına səbəb olub.

 

İspaniya mətbuatında yer alan məlumatlarda Kasilyasın məşqlərə soyuq yanaşması da qeyd olunub.

 

Qeyd edək ki, qapıçı Portuqaliya Premyer Liqasının IX turunun “Pasuş de Fereyra” ilə matçında da “Portu”nun start heyətində yer almayacaq.

Xəbər lenti