[b]“Kayserispor” millimizin üzvünü istəyir[/b]
12.07.2018 - 15:01
[b]“Kayserispor” millimizin üzvünü istəyir[/b]

Azərbaycanın gənclərdən ibarət milli komandasının futbolçusu Ozan Can Kökcü Türkiyədə klubunu dəyişə bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Bursaspor”un yarımmüdafiəçisini “Kayserispor” istəyir.

 

Məsələ burasındadı ki, gənc oyunçunun Bursa klubunda qalıb-qalmayacağı bəlli deyil. Ötən mövsümü icarə əsasında “Valveyk”də keçirən Kökcü ilə bağlı yekun qərarı “Bursaspor”un baş məşqçisi Samet Aybaba verəcək. Çalışdırıcı 20 yaşlı oyunçunu bir neçə yoxlama görüşündə sınamaq fikrindədi. “Kayserispor”un baş məşqçisi Ərtuğrul Sağlam isə yığmamızın üzvünü xidmətində görməkdə maraqlıdı. Superliqa təmsilçisi danışıqlara başlamaq üçün Aybabanın qərarını gözləyir.

 

Qeyd edək ki, Ozan Can Kökcünün “Bursaspor”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

0