[b]“Kəpəz” “Keşlə” ilə oyuna itkilərlə çıxacaq[/b]
13.12.2017 - 18:52
[b]“Kəpəz” “Keşlə” ilə oyuna itkilərlə çıxacaq[/b]

Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə yollanıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komanda qarşıdakı matça hazırlığın əsas hissəsini Bakıda keçirib.

 

“Sarı-göylər”in oyun öncəsi son məşqi qarşılaşmaya ev sahibliyi edəcək şəhər stadionunda olub.

 

Yunis Hüseynovun komandası bu görüşə itkilərlə çıxacaq. Kərim Diniyev və Viktor Oseqeyl zədəli olduqlarından komandaya kömək etməyəcək.

 

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək “Kəpəz” - “Keşlə” oyunu saat 13:00-da başlanacaq.   

0