22 Avqust 16:21 “Kəpəz” tarixi derbinin hazırlığına başladı
FUTBOL xəbərləri 22 Avqust 16:21
573 baxış

“Kəpəz” tarixi derbinin hazırlığına başladı

Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Neftçi” ilə görüşəcək “Kəpəz” bu gündən oyunun hazırlığına başlayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” tarixi derbiyə Bakıda hazırlaşır.

 

Komanda məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında keçir. “Kəpəz”in oyundan öncəki son məşqi matçın keçiriləcəyi arenada olacaq. 

 

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” qarşılaşması avqustun 25-də baş tutacaq. 

Xəbər lenti