[b]“Kəpəz” tarixi derbinin hazırlığına başladı[/b]
17.10.2017 - 18:05
“Kəpəz” Azərbaycan Premyer Liqasının cari mövsümündə doğma meydanda ilk oyununu oktyabrın 21-də keçirəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcəklər.
Komanda qarşıdakı oyunla bağlı bu gündən Bakıda məşqlərə başlayıb. “Kəpəz” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşır.
Gəncə klubunun oktyabrın 18-i və 19-na təyin olunan məşqləri saat 16:00-da başlayacaq.
0
0