12 Yanvar 12:27 “Kəpəz”də daha bir yeni futbolçu
FUTBOL xəbərləri 12 Yanvar 12:27
596 baxış

“Kəpəz”də daha bir yeni futbolçu

“Kəpəz”in düşərgəsinə daha bir futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi Dieqo Souza, nəhayət, ölkəmizə gəlib çıxıb.

 

Bu barədə əməkdaşımızla söhbətində Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov məlumat verib. Souza ölkəsində üzləşdiyi bilet problemi ilə əlaqədar, “Kəpəz”in düşərgəsinə bir qədər gec qoşulmalı olub.

 

Əvvəllər ölkəmizdə "Xəzər Lənkəran", "İnter" və "Zirə" klublarında da oynamış 30 yaşlı “sambaçı” bu gün tibbi müayinədən keçəcək. Bir problem aşkarlanmasa, Souza komandanın axşam məşqinə qatılacaq. Baş məşqçi baxışa gələn futbolçu ilə bağlı qərarı onu bir neçə gün yoxladıqdan sonra verəcək.

 

Hüseynov məşqlərdə iştirak etmiş Aleks Nimelinin isə ona lazım olmadığını bildirib. 53 yaşlı mütəxəssis bunu “Mançester Siti”nin üzvündə zədə aşkarlanması ilə əlaqələndirib.

 

Qeyd edək ki, baxışda olan digər futbolçular – Sergey Litovçenko, Tərlan Qasımzadə və Giuli Manjqaladzenin isə “Kəpəz”də qalmasına qərar verilib. 

Xəbər lenti