[b]“Kəpəz”də yeni məşqçi[/b]
18.12.2017 - 17:52
[b]“Kəpəz”də yeni məşqçi[/b]

“Kəpəz”in daha bir məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yunis Hüseynovun ikinci köməkçisi vəzifəsinə Yaşar Vahabzadə gətirilib.

 

Gəncə klubunun “sükanı arxası”na keçdikdən sonra köməkçi məşqçi Vidadi Rzayev və qapıçılarla işləyən mütəxəssis Nadirov Şükürovu saxlayan Yunis Hüseynov U-21-in sabiq baş məşqçisi Yaşar Vahabzadəni də heyətə cəlb edib.

 

Qeyd edək ki, Yunis Hüseynov “Kəpəz”in baş məşqçi postuna Premyer Liqanın XII turundan sonra keçib.

0