19 May 16:09 “Kəpəz”də yeni təyinat
FUTBOL xəbərləri 19 May 16:09
833 baxış

“Kəpəz”də yeni təyinat

“Kəpəz”in məşqçilər korpusunda yeni təyinat gerçəkləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək.

 

O, baş məşqçi Şahin Diniyevin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayevlə bir il müddətinə müqavilə bağlanacaq.

 

Qeyd edək ki, həm futbolçu, həm də məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.

Xəbər lenti