20 Fevral 10:33 “Kəpəz”in ev sindromu: Dünyada 5-cidi
FUTBOL xəbərləri 20 Fevral 10:33
1261 baxış

“Kəpəz”in ev sindromu: Dünyada 5-cidi

Öz ölkələrinin milli çempionatlarında keçirdiyi ev oyunlarının ən uğursuz komandalarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycan təmsilçisi “Kəpəz” də yer alıb.

 

Gəncə klubu ardıcıl 7 oyundur öz meydanında xal qazana bilmir. Cari mövsümdə evdəki bütün qarşılaşmalarda uduzan qərblilər son xalını 2017-ci il aprelin 29-da qazanıb.

 

Həmin gün “İnter”i (indiki “Keşlə”)1:0 hesabı ilə yenən “Kəpəz” sonrakı görüşlərdə 3 qol vurub, 19-nu buraxıb. Premyer Liqa təmsilçisi bu nəticə ilə dünyanın 5-ci uğursuzudu.

 

Antirekord isə Yunanıstan “Paniliakos”una məxsusdu. Ellada klubu 12 ev oyunudu xala həsrətdi. Özbəkistan “Obod”u 10, Malta “Lidja”sı 9 dəfə öz meydanında məğlubiyyəti sıralayıb. Estoniya “Vaprus”unda isə bu rəqəm 8-ə bərabərdi.

 

“Kəpəz”ə şərik olan üç komanda da var ki, ardıcıl 7 ev oyununda uduzub. Bunlar Misirin “Əl Nəsr”, Yaponiyanın “Simidzu” və İsrailin “Hapoel” (Akko) klublarıdı.

 

Qeyd edək ki, Gəncə təmsilçisi ardıcıl 7-ci ev məğlubiyyətini “Keşlə” ilə XVI turun matçında alıb – 0:1.

Xəbər lenti