16 Avqust 16:05 “Kəpəz”in futbolçusunun durumuna aydınlıq gəldi
FUTBOL xəbərləri 16 Avqust 16:05
518 baxış

“Kəpəz”in futbolçusunun durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Sumqayıt”la görüşdə xəsarət alan “Kəpəz”in üzvü Novruz Məmmədovun vəziyyətinə aydınlıq gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, rəqib futbolçu ilə mübarizədə zədələnən və oyunu sona kimi davam etdirə bilməyərək, 74-cü dəqiqədə əvəzlənən müdafiəçi indi özünü yaxşı hiss edir.

 

Məmmədovun qabırğaüstü əzələsi əzilib. Klubun tibbi personalından verilən məlumata görə, bu zədə tez bərpa olunandı.

 

Novruz əvvəlcə fərdi məşqlərlə başlayıb, sonradan kollektiv hazırlığa qoşula biləcək.  

Xəbər lenti