[b]“Kəpəz”in qol seriyası, “Keşlə”nin qələbə həsrəti[/b]
17.02.2018 - 12:29
[b]“Kəpəz”in qol seriyası, “Keşlə”nin qələbə həsrəti[/b]

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində “Kəpəz” “Keşlə”ni qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bu, komandaların ölkə çempionatlarında 29-cu dueli olacaq.

 

İndiyə qədər baş tutan 28 görüşün 6-da gəncəlilər, 16-da bakılılar qalib gəliblər. Digər 6 matçda isə bərabərlik qeydə alınıb. Top fərqində də qonaqların üstünlüyü var – 50:27.


”Kəpəz” rəqibi ilə son 4 oyunda meydanı qolsuz tərk etməyib. Paytaxt klubu isə son 4 səfər matçında Gəncə təmsilçisinə qalib gələ bilməyib.

 

Qeyd edək ki, fevralın 18-də keçiriləcək "Kəpəz" - "Keşlə" qarşılaşması saat 15:00-da start götürəcək.

0