21 May 20:52 “Keşlə” çempion, “Qəbələ” ikinci oldu
FUTBOL xəbərləri 21 May 20:52
311 baxış

“Keşlə” çempion, “Qəbələ” ikinci oldu

AFFA-nın təşkil etdiyi U-10 Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün yarışda final və 3-cü yer uğrunda qarşılaşmalar baş tutub.

 

Həlledici görüşdə “Qəbələ” və “Keşlə” komandaları üz-üzə gəlib. Məhsuldar keçən final matçında qalib müəyyənləşməyib – 3:3. Liqanın qalibi penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan “Keşlə” 4:2 hesabı ilə qalib gəlib.

 

Beləliklə, birinci yeri “Keşlə” qazanıb, “qırmızı-qaralar” mövsümü gümüş mükafatla başa vurub, üçüncülüyü “Vətən” əldə edib.

 

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər.

 

“Qəbələ”nin üzvü Ayxan Əmiraslanlı liqanın ən yaxşı futbolçusu kimi fərdi mükafatla da təltif olunub.

 

Xəbər lenti