[b]“Keşlə” Maltada böyük hesabla uduzdu - YENİLƏNİB[/b]
12.07.2018 - 21:55
[b]“Keşlə” Maltada böyük hesabla uduzdu - YENİLƏNİB[/b]

Ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” bu gün Avropa Liqasında mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirib.

 

Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada “Baltsan”ın qonağı olub. Bu, eyni zamanda “Keşlə”nin hazırkı adı altında ilk avrokubok sınağı olub. Qitə səhnəsinə həm “Xəzər Universiteti”, həm də “İnter” kimi çıxan bakılılar yeni adla səfərdən böyükhesablı məğlubiyyətlə dönüb - 1:4. Bu da bakılıların növbəti mərhələ şansını çətinə salıb.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

 

12 iyul

“Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan) - 4:1

Qollar: Alfred Effionq, 12; Lekao, 21; Boyan Kalyeviç, 34; Kadu, 55 - Sezar Meza Kolli, 29 (pen.)

Sarı vərəqə: Miloş Lepoviç, 58; Kadu, 71 - Fuad Bayramov, 38; Ebrima Sonha, 88

Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan)

Hakim-inspektor: Pyetur Siqurdsson (İslandiya)

UEFA nümayəndəsi: Pol Lion (Cəbəllütariq)

Ta Qali. "Sentenari" stadion

“Baltsan” (Malta): 83. Stiv Sultana, 8. Nenad Sliviç (42. Rikardo Kaliksto Korea Duarte, 85), 9. Lekao, 11. Stiv Bezzina (k), 15. Mixael Conson, 17. Alfred Effionq (18. Uroş Lyubomiraç, 62), 20. İvan Bozoviç, 23. Elkin Serrano, 30. Kadu, 86. Boyan Kalyeviç (50. Andriya Maydevac, 78), 99. Miloş Lepoviç

Ehtiyat oyunçular: 1. Sean Montoff, 4. Custin Qrioli, 10. Siray Arab, 88. Sean Kipriott

Baş məşqçi: Marko Miçoviç

“Keşlə” (Azərbaycan): 1. Kamran Ağayev (k), 2. Sərtan Taşkın (21. Herve Tçami, 84), 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov (88. Məmməd Quliyev, 63), 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 19. Azər Salahli, 24. Fuad Bayramov (8. Miloş Boşançiç, 60), 33. Tərlan Quliyev, 90. Ebrima Sonha

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 9. Amil Yunanov, 39. Əlibəy Məmmədli, 65. Cabir Əmirli

Baş məşqçi: Yuri Maksimov

0