[b]“Keşlə” “sülh”lə dönür - FOTOSESSİYA[/b]
01.02.2018 - 22:25
[b]“Keşlə” “sülh”lə dönür - FOTOSESSİYA[/b]

“Keşlə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, komanda bu gün toplanış çərçivəsində son yoxlama matçını keçirib.

 

Rusiyanın birinci divizion təmsilçisi “Yenisey”lə keçirilən matçda qalib müəyyənləşməyib – 1:1.

 

Qeyd edək ki, “Keşlə” toplanış çərçivəsində 3 yoxlama matçı keçirib. İlk yoxlama oyununda Makedoniyanın “Rabotniçki” klubuna 1:0 hesabıyla qalib gələn komanda Ukraynanın "Karpatı" klubu ilə qarşılaşmada 2:1 hesabıyla məğlub olmuşdu.

 

Paytaxt klubu fevralın 2-də vətənə qayıdacaq.

0