[b]“Keşlə”də 7 anlaşma birdən imzalandı[/b]
13.06.2018 - 21:47
[b]“Keşlə”də 7 anlaşma birdən imzalandı[/b]

Yeni mövsümə hazırlıqları davam etdirən “Keşlə” daxili transferdə fəallıq göstərir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Kamran Ağayev və Orxan Sadıqlıdan sonra daha 7 oyunçu ilə müqavilə yeniləyib.

 

Belə ki, klub rəhbərliyi Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruzla və Adrian Skarlatake ilə müqavilənin müddətini daha 1 il uzadıb.

 

Sərtan Taşkınla isə daha uzun – 2 illik anlaşma barəsində qərar qəbul edilib.

0