[b]“Keşlə”nin lideri nə vaxt qayıdır?[/b]
21.06.2018 - 13:20
[b]“Keşlə”nin lideri nə vaxt qayıdır?[/b]

Avropa Liqasının hazırlığına dünəndən başlayan “Keşlə” heyətin özəyini saxlamağı bacarıb. Apasport.az saytının məlumatına görə, əksər futbolçularla yeni müqavilə bağlayan paytaxt təmsilçisi yarımmüdafiəçi Sezar Meza Kollini də razı sala bilib.

Komandadan fərqli, hazırda istirahətdə olan paraqvaylı futbolçu bu həftə ərzində Bakıya qayıdacaq və yeni birillik sazişə qol çəkərək, məşqlərə qoşulacaq.

Sezarla bağlı problemi yoluna qoyan “Keşlə”də gələcəyi qeyri-müəyyən olan cəmi 2 futbolçu qalıb. Bunlar yarımmüdafiəçi Ebrima Sohna və Pərdis Fərcad-Azaddı. Hər iki oyunçunun sözləşmə müddəti bitdiyindən, onlar məşqlərə qatılmayıblar. Çox güman ki, həm Sohna, həm də Pərdisin “Keşlə”yə dönüşü reallaşmayacaq. Çünki baş məşqçi Yuri Maksimov onların xidmətində maraqlı deyil.

Qeyd edək ki, yay fasiləsində hələlik Azər Salahlı və Amil Yunanovu transfer edib, Məqsəd İsayev, Pablo Podio, Nemanya Stoyanoviç və Qara Qarayevlə yollarını ayıran “Keşlə” 14 futbolçu - Slavik Alxasov, Fuad Bayramov, Sərtan Taşkın, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev, Andre Klennon, Vaqif Cavadov, Əlibəy Məmmədli, Orxan Sadıqlı, Kamran Ağayev, Denis Silva, Cabir Əmirli və Murad Qayalı ilə yeni müqavilə imzalayıb.

0