[b]“Keşlə”nin “Neftçi” ilə görüşünün vaxtı bilindi[/b]
12.01.2018 - 18:21
[b]“Keşlə”nin “Neftçi” ilə görüşünün vaxtı bilindi[/b]

Qış təlim-məşq toplanışına Bakıda start verən “Keşlə” toplanış çərçivəsində ikinci yoxlama matçını “Neftçi”yə qarşı keçirəcək. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, “ağ-qaralar”la görüşün vaxtı müəyyənləşib.

 

Oyun yanvarın 14-də baş tutacaq. 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlanacaq.

 

Qeyd edək ki, “Keşlə” yanvarın 11-də I divizion təmsilçisi "Qaradağ Lökbatan"la keçirdiyi oyunda 3:1 hesablı qələbə qazanıb. 

0