[b]“Keşlə”yə “asan yem” düşdü[/b]
20.06.2018 - 14:34
[b]“Keşlə”yə “asan yem” düşdü[/b]

Avropa Liqasında “Keşlə”yə rəqib olan “Baltsan” 3 mövsümdə 2-ci dəfə ölkəmizə gələcək. Apasport.az saytının məlumatına görə, Malta klubu 2016-cı ilin yayında eyni turnirdə “Neftçi” ilə qarşılaşıb.

Düzdü, bakılılar ada ölkəsinin klubunu keçə bilib. Lakin “ağ-qaralar” azarkeşlərini xeyli narahatlıq yaşadıb.

Səfərdəki 2:0 hesablı qələbədən sonra evdə uduzan “ağ-qaralar” çətinliklə mərhələni arxada qoyub. “Baltsan”a “Neftçi”ni dayandırmaq üçün cavab oyununda cəmi 1 qol yetməyib.

Ümumilikdə isə Malta klubları ilə 3 dəfə yollarımız kəsişib. Bütün bunlar son illərə təsadüf edib. 2013/14 mövsümündə “Xəzər Lənkəran” “Slima”nı səfərdə yenə bilməsə də, heç-heçədən sonrakı ev qələbəsi ilə turu adlayıb.

Növbəti il “Qarabağ” Çempionlar Liqasında “Valetta”nı hər iki oyuna yenib. Bakıda isə böyükhesablı nəticə qeydə alınıb.

Bir sözlə, hər üç dueldə mərhələ adlayan komandalarımız 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyət alıb. 10 qol vuran futbolçularımız 3 top buraxıb.

 

2013/14 mövsümü, Avropa Liqası

Slima (Malta) - Xəzər Lənkəran – 1:1, 0:1

2014/15 mövsümü, Çempionlar Liqası

Valletta (Malta) – Qarabağ – 0:1, 0:4

2016/17 mövsümü, Avropa Liqası

Baltsan (Malta) – Neftçi – 0:2, 2:

0