[b]Kintana qayıtdı və yenidən zədələndi[/b]
11.08.2017 - 22:55
[b]Kintana qayıtdı və yenidən zədələndi[/b]

Azərbaycan Premyer Liqasının I turunda “Neftçi”nin qonağı olan “Qarabağ” itki ilə üzləşib. Apasport.az saytı xəbər verir ki, Ağdam klubunun ispan yarımmüdafiəçisi Dani Kintana yenidən zədələnib.

 

Uzun fasilədən sonra sıraya dönən və oyunun ikinci hissəsində meydana daxil olan futbolçu son dəqiqələrdə sıradan çıxıb. O, “Neftçi”nin futbolçusu Derlis Meza Kolli ilə mübarizədə zədələnib.

 

Nəticədə Kintana oyunu başa çatdıra bilməyib. “Qarabağ” hər 3 əvəzetmədən istifadə etdiyindən, son dəqiqələri azlıqda keçirib.

 

0