25 May 11:01 Kiyevdə “Liverpul” azarkeşlərinə hücum edilib – Xəsarət alanlar var
FUTBOL xəbərləri 25 May 11:01
542 baxış

Kiyevdə “Liverpul” azarkeşlərinə hücum edilib – Xəsarət alanlar var

Çempionlar Liqasının finalı ərəfəsində Ukraynanın paytaxtı Kiyevdə insident yaşanıb. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, şəhərin mərkəzindəki restoranlardan birində yemək yeyən bir qrup “Liverpul” azarkeşi sayları 20-ni keçməyən maskalı xuliqanların hücumuna məruz qalıb.

 

Polislərin gücləndirilmiş iş rejimində işləməsinə baxmayaraq, insidentin qarşısını almaq mümkün olmayıb. Hücum nəticəsində xəsarət alan azarkeşlərin bədənlərində yara və kəsik izləri aşkarlanıb.

 

Hadisəyə görə məsuliyyət daşıyan şəxslərdən ikisi Kiyev polisi tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, sabah Kiyev “Real” və “Liverpul” arasında oynanılacaq Çempionlar Liqasının final matçına ev sahibliyi edəcək.

Xəbər lenti