13 Dekabr 11:04 Klublar Komitəsinin yeni sədri seçildi
FUTBOL xəbərləri 13 Dekabr 11:04
329 baxış

Klublar Komitəsinin yeni sədri seçildi

Klublar Komitəsinin (KK) bu il üçün sonuncu iclası keçirilir. Apasport.az saytı xəbər verir ki, toplantıda KK-nin yeni sədri müəyyənləşib.

 

Səsvermə nəticəsində “Neftçi”nin prezidenti Orxan Hüseynzadə bu vəzifəyə təyin olunub. O, 7 səs toplayaraq, qarşıdakı 1 il ərzində KK-yə rəhbərlik etmək hüququna yiyələnib.

 

Bununla da, Orxan Hüseynzadə komitənin 4-cü sədri olub. Ona qədər bu posta Tuyqun Nadirov (“Xəzər Lənkəran”), Fikrət Hüseynov (AZAL) və Kamran Quliyev (“Sumqayıt”) başçılıq edib. 

Xəbər lenti