20 Fevral 11:12 Klyuvertin oğlu “Barselona”ya keçir
FUTBOL xəbərləri 20 Fevral 11:12
447 baxış

Klyuvertin oğlu “Barselona”ya keçir

“Barselona” “Ayaks”ın 4 futbolçusuna “elçi düşüb”. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, onlar arasında məşhur hollandiyalı Patrik Klyuvertin oğlu Castin Klyuvert də var.

 

Son olaraq “Qremio”dan Arturla anlaşan kataloniyalılar “Ayaks”ın 4 gənc üzvü – müdafiəçi Mattiys de Liqt, yarımmüdafiəçilər Donni van de Bek, Frenki de Yonq və hücumçu Klyuvertin oyununu canlı izləmək üçün nümayəndəsini Hollandiyaya göndərib. “Ayaks”ın “Zvolle” ilə (1:0) çempionat matçını canlı izləyən Xose Mari Bakero rəhbərliyə təqdim etdiyi raportda futbolçular barədə müsbət rəy yazıb. O, xüsusən də, sonuncunun böyük perspektiv vəd etdiyini vurğulayıb.

 

Dərhal “Ayaks”la danışıqlara başlayan “Barselona” rəhbərliyi Castinin atası Patrik Klyuvertin artıq razılığını alıb. 18 yaşlı forvardın yayda ispanlara keçidi gözlənilir.

 

Qeyd edək ki, Patrik Klyuvert 1998-2004-cü illərdə “Barselona”nın formasını geyinib.

Xəbər lenti