21 Aprel 00:11 “Komandaya hansısa əlavə motivasiya lazım deyil” - FOTO
FUTBOL xəbərləri 21 Aprel 00:11
389 baxış

“Komandaya hansısa əlavə motivasiya lazım deyil” - FOTO

“Bu gün komandamızı çox vacib və çətin oyun gözləyir. "Şəmkir" güclü komandadır, ancaq biz hər bir oyuna yaxşı hazırlaşırıq və meydana sadəcə qələbə üçün çıxırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Səbail”in futbolçusu Saşa Yunisoğlu deyib.

 

Birinci divizionun XXV turunda doğma meydanda “Şəmkir”i qəbul edəcək qəsəbə təmsilçisinin müdafiəçisi vacib oyunla bağlı fikirlərini bölüşüb: “Çempionluq şansımızı itirsək də, 2-ci yeri hələ təmin etməmişik. Qələbə qazanıb Premyer Liqaya vəsiqəni təmin etmək istəyirik. Xal itkisi yolverilməzdir. Hamımız bunu yaxşı dərk edirik. Bu səbəbdən komandaya hansısa əlavə motivasiya lazım deyil. Məqsədimiz mövsümü 2-ci bitirmək və Premyer Liqaya vəsiqə qazanmaqdır. Azarkeşlərimizi bugünkü oyunda bizə dəstək olmağa dəvət edirəm. Onların dəstəyi bizim üçün çox vacibdir”.

 

Xəbər lenti