[b]Konte şikayət etdi: Bu, normal deyil[/b]
21.11.2017 - 12:39
[b]Konte şikayət etdi: Bu, normal deyil[/b]

“Çelsi”nin baş məşqçisi Antonio Konte Premyer Liqanın təqvimindən narazılıq bildirib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, italiyalı mütəxəssis Çempionlar Liqasında “Qarabağ”la səfər qarşılaşmasından cəmi 3 gün sonra “Liverpul”la üz-üzə gəlmələrini düzgün hesab etmir.

 

Onun fikrincə, sabah Bakıda “Qarabağ”ın qonağı olacaq komandası “Liverpul”la matça normal hazırlıq keçə bilməyəcək: “Təqvimi hazırlayarkən diqqətli olmaq lazımdı. Bizim indi başqa bir problemimiz var. Sabah “Qarabağ”la qarşılaşacağıq və ardından 5-6 saatlıq yol qət edib Londona qayıdacağıq. Ondan 2 gün sonra isə bizi “Liverpul”la möhtəşəm oyun gözləyir. Bu, normaldı? Məncə, xeyir. Bu liqada balansı qorumaq istəyirlərsə, təqvim hazırlayanda bütün bunları nəzərə almalıdılar”.

 

Qeyd edək ki, “Çelsi” sabah “Qarabağ”ın, noyabrın 25-də isə Premyer Liqa çərçivəsində “Liverpul”un qonağı olacaq.

0