21 May 14:05 Konteyə görə “Çelsi”ni tərk edir
FUTBOL xəbərləri 21 May 14:05
401 baxış

Konteyə görə “Çelsi”ni tərk edir

“Çelsi”nin yarımmüdafiəçisi Villian yay “transfer pəncərəsi”ndə komandadan ayrıla bilər. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, braziliyalı futbolçu baş məşqçi Antonio Konte ilə birlikdə çalışmaq istəmir. İtaliyalı mütəxəssis klubda qalacağı təqdirdə Villian “Çelsi”ni tərk edəcək.

 

“Mançester Yunayted” 29 yaşlı yarımmüdafiəçini izləsə də, hələlik rəsmi təklifdən söhbət gedə bilməz.

 

Villianın “Çelsi” ilə olan müqaviləsinin bitməsinə 2 il var.

 

Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlər daxil olmaqla, 54 dəfə “Çelsi”nin formasını geyən Villian 13 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti