[b]“Kopenhagen”in futbolçusu: Son oyunlar göstərir ki...[/b]
18.08.2017 - 10:05
[b]“Kopenhagen”in futbolçusu: Son oyunlar göstərir ki...[/b]

“Sirr deyil ki, hələ istədiyimiz səviyyəyə çatmamışıq. Amma üzərimizdə çox çalışırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kopenhagen”in futbolçusu Peter Ankersen deyib.

 

Klubun saytına açıqlama verən danimarkalı müdafiəçi komandasının hazırkı vəziyyətini dəyərləndirib. O, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen”in ideal formasından uzaq olduğunu qeyd edib.

 

Bununla belə, 27 yaşlı futbolçu getdikcə daha yaxşı oyun göstərdiklərini vurğulayıb: “Yeni mövsümdə daha güclü olmaq niyyətindəyik. Oyundan-oyuna “artırırıq”. Amma bu, kifayət deyil. Son matçlar göstərir ki, bundan da yaxşı vəziyyətdə olmalıyıq”.

 

Ankersen hazırda bütün diqqətlərini sabah “Syonneryusk”la keçiriləcək çempionat matçına yönəltdiklərini bildirib: “İndiki məqamda bizi şənbə günü keçirəcəyimiz oyun düşündürür. Daha sonra diqqətimizi növbəti görüşə yönəldəcəyik. Azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm”.

 

Qeyd edək ki, “Qarabağ”ın “Kopenhagen”lə cavab matçı avqustun 23-də Danimarkada keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçında Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. 

0