[b]Koutinyo “Liverpul”u razı saldı[/b]
13.12.2017 - 17:55
[b]Koutinyo “Liverpul”u razı saldı[/b]

“Liverpul”un kapitanı Filipp Koutinyo yanvarda “Barselona”ya keçəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “Mundo Deportivo” nəşri yayıb.

 

İspaniyalı həmkarlarımızın iddiasına görə, Braziliya millisinin üzvü “qırmızılar”ın rəhbərliyi ilə görüş keçirib. Koutinyo, nəhayət ki, transfer üçün İngiltərə təmsilçisinin razılığını alıb. “Barsa” ilə 5 illik müqavilə imzalayacaq 25 yaşlı yarımmüdafiəçinin transferi ispanlara 140 milyon avroya başa gələcək.

 

Qeyd edək ki, “Barselona” Filipp Koutinyonu yay fasiləsində almaq istəsə də, “Liverpul” son anda satmaqdan imtina etmişdi.

0