[b]“Kukesi” - “Qarabağ” matçında norveçli hakimlər[/b]
21.07.2018 - 13:13
[b]“Kukesi” - “Qarabağ” matçında norveçli hakimlər[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın “Kukesi” ilə Albaniyadakı oyununu norveçli hakimlər idarə edəcək.

 

İyulun 25-dəki qarşılaşmanın baş hakimi Ola Hobber Nilsen olacaq. Loro Boriçi stadionundakı qarşılaşmada Tom Harald Gronevik və Geyr Oskar İsaksen yan xətt hakimi, Kay Erik Stin dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İspaniyalı Xuan Antonio Fernandes Marin oyunun hakim-inspektoru, şimali irlandiyalı Roy Katkart UEFA nümayəndəsi olacaq.

0