[b]“Kukesi”də braziliyalı hücumçu [/b]
21.07.2018 - 13:50
[b]“Kukesi”də braziliyalı hücumçu
[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniya “Kukesi”si növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi braziliyalı Recinaldo Artur Faye ilə müqavilə imzalayıb.

 

28 yaşlı hücumçu iyulun 23-də komandanın hazırlıqlarına qoşulacaq. Onun “Qarabağ”la qarşılaşmalara sifariş olunacağı da gözlənilir.

 

Qeyd edək ki, Azərbaycan çempionunun “Kukesi” ilə ilk oyunu iyulun 25-də Albaniyada keçiriləcək.

0