21 Fevral 18:15 Kurtua qərarını dəyişir
FUTBOL xəbərləri 21 Fevral 18:15
421 baxış

Kurtua qərarını dəyişir

“Çelsi”nin qapıçısı Tibo Kurtuanın gələcək taleyi müəyyənləşmək üzrədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı qolkiper karyerası ilə bağlı fikrini dəyişib.

 

Belə ki, bir müddət əvvəl ailəsinə görə Madridə köçmək istədiyini və “Real”dan təklif gözlədiyini bildirən Kurtua bu dəfə “zadəganlar”la yeni sözləşmə bağlamağa hazırlaşdığını söyləyib: “Hələlik gələcəyimlə bağlı bir qərar qəbul etməmişəm. Hazırda “Çelsi”də xoşbəxtəm. Klubla müqavilə müddətim gələn ilin yayına qədərdi. Ancaq anlaşmanı uzatmaq üçün danışıqlara artıq başlamışıq”.

 

Qeyd edək ki, Tibo Kurtua 2011-ci ildən “Çelsi”yə məxsusdu.

Xəbər lenti