[b]Lazımsız tur, Gəncədə antirekord[/b]
19.02.2018 - 11:18
[b]Lazımsız tur, Gəncədə antirekord[/b]

Azərbaycan Premyer Liqasının XVI turu azarkeş marağının çox aşağı olması ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, iki gün davam edən turun 4 qarşılaşmasını vur-tut 4350 tamaşaçı izləyib.

 

Sanki heç kimə lazım olmayan turda orta izləyici sayı 1068-ə bərabər olub. Bu göstərici çox aşağı olsa da, heç də antirekord deyil.

 

Belə ki, azarkeşlərdə maraq oyada bilməyən Premyer Liqamızda daha aşağı rəqəmlər də olub. Təxirə salınan oyunu nəzərə almasaq, VI və VIII turlarda daha az seyrçi qeydə alınıb.

 

Arxada qalan 16 turdakı tamaşaçı sayına nəzər salsaq, paytaxtdan kənarda oyunların keçirildiyi vaxtlar bu rəqəm yüksək olurdu. Xüsusilə, “Kəpəz”in Gəncədə keçirdiyi matçlar həm özünün, həm turun ümumi göstəricisini yüksəyə qaldırırdı. Amma bu dəfə qərblilər də antirekord vurub. Belə ki, “Kəpəz”in ev oyununda cəmi 1150 izləyici olub. Bu isə Gəncə təmsilçisinin cari mövsümdəki ən az tamaşaçı sayıdı. Bunadək antirekord “Zirə”ylə Yevlaxdakı matça təsadüf etmişdi – 2000.

 

“Kəpəz”in doğma meydandakı əvvəlki 5 oyununun hər birində azarkeş sayı 8 min və ya daha yuxarı olub. Bu da hesabat turunun ümumi göstəricisindən az qala iki dəfə çoxdu.

 

Ümumilikdə isə Premyer Liqanın 64 matçını 136520 tamaşaçı izləyib. Çempionatın orta göstəricisi 2133-ə bərabərdi.

 

tur

tamaşaçı

oyun

orta tamaşaçı sayı

11

17400

4

4350

12

15550

4

3888

14

13950

4

3488

9

12550

4

3138

13

11626

4

2907

10

10050

4

2513

3

8100

4

2025

1

7526

4

1882

7

6575

4

1644

2

6300

4

1575

15

5500

4

1375

5

5120

4

1280

4

3500

3

1167

16

4350

4

1088

6

3900

4

975

8

3870

4

968

T

653

1

653

cəmi

136520

64

2133

 

Qeyd: T – təxirə salınan oyun

0