[b]Levandovski “Çelsi”yə keçə bilər[/b]
22.05.2018 - 12:00
[b]Levandovski “Çelsi”yə keçə bilər[/b]

“Bavariya”nın hücumçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, polşalı hücumçu “Çelsi”nin maraq dairəsindədi.

 

Levandovski “Çelsi”nin yay “transfer pəncərəsi” üçün əsas hədəfi hesab olunur. Antonio Kontenin klubdan ayrılıb-ayrılmamasının qərara bir təsiri olmayacağı bildirilir.

 

29 yaşlı forvard “Bavariya”nı tərk etməyə hazırdı. Əgər bu baş verərsə, keçid üçün “Çelsi” 100 milyon funt sterlinq ödəməli olacaq.

 

Daha öncə “Mançester Siti” və PSJ-nin Robert Levandovski ilə maraqlandığı haqda xəbərlər yayılmışdı.

0