24 Fevral 15:10 “Levandovski satılmır” – Haynkes
FUTBOL xəbərləri 24 Fevral 15:10
249 baxış

“Levandovski satılmır” – Haynkes

“Bavariya”nın baş məşqçisi Yupp Haynkes komandanın futbolçusu Robert Levandovski haqda danışıb. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, o, adı “Real”la hallanan polşalı hücumçunun satılmayacağını bildirib.

 

Haynkes Münhen klubunun əsas “silah”larından olan Levandovskinin gedəcəyini təsəvvür etmək belə istəmir: “Biz oyunçularımızı satmaq fikrində deyilik. “Bavariya”nın yaxşı futbolçuları elə bizimlə qalacaq. Təsəvvür edə bilmirəm ki, Levandovski gedə. Onun agentini dəyişməsinin nədənsə xəbər verdiyini düşünmürəm. Levandovskinin hansı menecerlə işləməsi bizə önəmli deyil. Robert “Bavariya”da qalacaq”.

 

Qeyd edək ki, Levandovski “Bavariya”ya 2014-cü ildə Dortmund “Borussiya”sından keçib.

Xəbər lenti