[b]"Honved" və "Reyncers"dən qələbə, “Levski” mərhələni keçə bilmədi - YENİLƏNİB[/b]
17.07.2018 - 21:58
[b]"Honved" və "Reyncers"dən qələbə, “Levski” mərhələni keçə bilmədi - YENİLƏNİB[/b]

Avropa Liqasının I təsnifat mərhələsində cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu gün 3 qarşılaşma keçirilib.

 

Səfərdə uduzan komandalar – “Levski”, “Şkupi” və “Honved” öz meydanında revanş üçün mübarizə aparıblar.

 

Bolqarlar gözlənilmədən Lixteynşteyn təmsilçisinə məğlub olaraq mərhələni keçə bilməyiblər. 

 

"Reyncers" isə səfərdə qolsuz bərabərliklə məqsədinə çatıb. 

 

Makedoniyada 2:1 hesablı qələbə qazanan "Honved" evdə 4 cavabsız qolla növbəti mərhələyə yüksəlib. 

 

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

17 iyul

 

“Levski” (Bolqarıstan) - “Vaduts” (Lixtenşteyn) - 3:2

Qollar: Bus, 35, Belaid, 53, Kabral, 85 - Kulibali, 25, Tadiç, 55

İlk oyun - 0:1

 

“Şkupi” (Makedoniya) - “Reyncers” (Şotlandiya) - 0:0

İlk oyun - 0:2

 

“Honved” (Macarıstan) - “Rabotniçki” (Makedoniya) - 4:0

Qollar: Holender, 6, 16, Danilo, 63 (pen.), 84

İlk oyun - 1:2

0