[b]Lider autsayderlə, “Neftçi” kabusu ilə üz-üzə - AFİŞA[/b]
23.02.2018 - 12:03
[b]Lider autsayderlə, “Neftçi” kabusu ilə üz-üzə - AFİŞA[/b]

Sabah Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun bütün görüşləri Bakıda keçiriləcək.

 

Turnir cədvəlinin ilk “dördlüy”ündə qərarlaşanlar aşağı pillələrdəki komandalarla görüşəcək. Turun açılış oyununda “Səbail” “Qəbələ”ni qəbul edəcək. 6 oyundu uduzmayan qonaqlar liderlə xal fərqini azaltmaq üçün debütantı itkisiz keçməlidi. Lakin Roman Qriqorçukun yetirmələri səfər matçına itkilərlə çıxacaq. Komandanın kapitanı Cavid Hüseynov, həmçinin yaş limitinə uyğun gələn Qismət Alıyevin yoxluğunda “Qəbələ”nin işi asan olmayacaq. Samir Əliyevin komandası rəqibin itkilərindən yararlanıb, 5 oyunluq qələbəsizliyə son qoymaq şansı qazanıb.

 

“Neftçi” və “Zirə” arasında matçı turun mərkəzi oyunu hesab etmək olar. Avrokuboklara iddialıların paytaxt derbisinə hər iki komanda ötən turun məğlubiyyətini unutdurmaq üçün çıxacaq. Tarixi ərzində rəqibini çempionat oyununda uda bilməyən “Neftçi” “Zirə” kabusundan qurtulmaq üçün yaxşı imkan əldə edib. Çünki rəqibin baş məşqçisi Ayxan Abbasov da, əsas oyunçularından sayılan Riçard Qadze, həmçinin Sadio Tounkara də cəza üzündən matçı buraxacaq.

 

Tərlan Əhmədov isə komandasının təcrübəli üzvü Rəşad Sadiqovun xidmətindən məhrumdu. Buna baxmayaraq, ölkənin ən titullu klubu ilk “dördlük” şanslarını çətinə salmamaq üçün qalib gəlməyə borcludu. Yeni prezident Kamran Quliyevin debütünü korlayan “ağ-qaralar” yenidən uduzsa, baş məşqçisini itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

 

9 oyundu meydanı qolsuz tərk etməyən “Zirə” isə meydana həm bu seriyanı, həm də “Neftçi” ilə görüşlərdəki uğurlu ənənəni davam etdirməyə çıxacaq. Ayxan Abbasovun yetirmələri 2-ci pillədəki “Qəbələ”dən uzaq düşməmək, 4-cü olan “Sumqayıt”la xal fərqinin əriməməsi üçün qalib gəlməyə məcburdu.

 

Turun ikinci günü “Keşlə” və “Sumqayıt” arasında duellə start götürəcək. Yuri Maksimovun baş məşqçi postuna gəlməsindən sonra məğlubiyyətsiz irəliləyən bakılılar mövqeyini yaxşılaşdırmaq imkanından yararlana bilər. Bunun üçün “Səbail” uduzmalı, keşləlilər isə qalib gəlməlidi. Mükafatlar uğrunda mübarizəyə qoşulmaq əzmində olan “Gənclik şəhəri” təmsilçisi ardıcıl ikinci qələbəsini qazanmaq niyyətindədi. Baş məşqçi Samir Abasovun cəzalı olması isə meydan sahiblərinin lehinə işləyəcək.

 

Həftəyə liderin oyunu ilə yekun vurulacaq. Ardıcıl 5-ci çempionluq üçün mübarizə aparan “Qarabağ” “Kəpəz”i sınağa çəkəcək. 6 matçdı xala həsrət qalan qərblilər sensasiyaya ümid etsə də, son 8 görüşdə uduzmayan Ağdam təmsilçisinin xal itirməsi inandırıcı deyil.


Azərbaycan Premyer Liqası

XVII tur

24 fevral (şənbə)

16:00. “Səbail” – “Qəbələ”

İlk iki dövrədəki oyunlar – 1:3, 1:3
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov

“Bayıl Arena”

18:00. “Neftçi” – “Zirə”
İlk iki dövrədəki oyunlar – 1:2, 0:1
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov

8-ci km qəsəbə stadionu


25 fevral (bazar)

15:00. “Keşlə” – “Sumqayıt”
İlk iki dövrədəki oyunlar – 1:1, 1:3
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev

“İnter Arena”

 

18:00. “Qarabağ” – “Kəpəz”
İlk iki dövrədəki oyunlar – 2:0, 2:0
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov

“Azərsun Arena”

 

1.

Qarabağ

16

13

2

1

26-6

41

2.

Qəbələ

16

11

2

3

30-15

35

3.

Zirə

16

9

4

3

25-14

31

4.

Sumqayıt

16

7

3

6

20-18

24

5.

Neftçi

16

6

1

9

18-18

19

6

Səbail

16

4

2

10

10-23

14

7.

Keşlə

16

3

3

10

11-25

12

8.

Kəpəz

16

2

1

13

10-31

7

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 10

0