10 Mart 20:55 Liderə 1 hissə bəs etdi - YENİLƏNİB
FUTBOL xəbərləri 10 Mart 20:55
6666 baxış

Liderə 1 hissə bəs etdi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XIX turun son iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmaların hər ikisi paytaxtda baş tutub.

 

Günün ilk oyununda çempionatın debütantı "Səbail" yaxşı formada olan və 6 turdu məğlubiyyətin nə olduğunu bilməyən “Sumqayıt” önünə çıxıb. 4 aydı uduzmayan “gənclik şəhəri” təmsilçisi yenə gücünü göstərib. "Sumqayıt" Amil Yunanovun qolu sayəsində meydanı 3 xalla tərk edib. 

 

Əsas diqqətlər turun son matçına yönəlib. Lider “Qarabağ” 3-cü pillədə qərarlaşan “Zirə”ni qəbul edib. Bu mövsüm yeganə məğlubiyyətini ötən ilin oktyabrında alan son çempion “Azərsun Arena”ya növbəti dəfə 3 xal məqsədilə çıxıb. Qurban Qurbanovun komandası istəyinə çatıb. "Qarabağ" 2018-ci ildə qələbə üzü görməyən Ayxan Abbasovun yetirmələrinə şans verməyib. Ev sahibləri qarşılaşmanın taleyini ilk hissədəcə həll ediblər. Uğursuz oyunlarını davam etdirən “Zirə”nin isə 3-cü yerdəki mövqeyi təhlükə altına düşüb.

  

Azərbaycan Premyer Liqası

XIX tur

10 mart (şənbə)

 

 

“Qarabağ” – “Zirə” - 2:0

Qollar: Dani Kintana, 22; Elvin Yunuszadə, 35

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Əli Hüseynov

“Azərsun Arena”

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 44. Ağabala Ramazanov, 52. Yakub Jezniçak, 70. Nicat Süleymanov, 77. Vild-Donald Gerrye

Baş məşqçi: Qurban Qurbanov

"Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozef Bum, 5. Adil Nağıyev, 8. Milan Duriç, 9. Aleksandr Dedov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 23. Yovan Krneta, 38. İlkin Muradov, Riçard Qadze, 88. Elşən Abdullayev

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 4. Vüqar Mustafayev, 7. Sadio Tounkara, 14. Tellur Mütəllimov, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 29. Comal Uilyams, 39. Sadiq Quliyev, 57. Kənan Zülfüqarov, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov 
Baş məşqçi: Ayxan Abbasov

 

 

“Səbail” – “Sumqayıt” - 0:1

Qol: Amil Yunanov, 69

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Məhəmməd  Məmmədov

“Bayıl Arena”

“Səbail”: 1. Emil Balayev, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 11. Elman Taqayev, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 98. Kamran Əliyev, 18. Aqşin Qurbanlı, 10. Nurlan Novruzov, 3. Tamazi Tsetsxladze, 17. Vüqar Nadirov, 88. Orxan Qurbanlı
Baş məşqçi: Samir Əliyev

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun  Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

 

 

1

Qarabağ

19

15

3

1

30-7

48

2

Qəbələ

19

12

2

5

33-19

38

3

Zirə

19

9

5

5

27-19

32

4

Sumqayıt

19

9

4

6

24-20

31

5

Neftçi

19

8

2

9

24-22

26

6

Səbail

19

5

2

12

13-27

17

7

Keşlə

19

4

3

12

16-31

15

8

Kəpəz

19

3

1

15

12-34

10

 

Bombardir: Baqali Dabo ("Qəbələ") - 11 qol