[b]“Liverpul” Alissonun transferini bitirmək üzrədi [/b]
17.07.2018 - 18:39
[b]“Liverpul” Alissonun transferini bitirmək üzrədi
[/b]

“Roma”nın qolkiperi Alisson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Braziliya millisinin üzvünün “Liverpul”a transferi reallaşmaq üzrədi.

 

Hazırda tərəflər arasında yekun danışıqlar gedir. “Liverpul” Alissona görə 70 milyon avro təklif edib. Həmçinin əlavə bonuslar da nəzərdə tutulub. “Roma” isə 75 milyon avro qarşılığında qapıçı ilə yollarını ayırmağa hazırdı.

 

Qeyd edək ki, Rusiyada keçirilən dünya çempionatında Braziliya yığmasının əsas qolkiperi məhz Alisson idi.

0