6 Dekabr 22:11 “Liverpul” UEFA-ya şikayət etdi: Ruslar irqçilik ediblər
FUTBOL xəbərləri 6 Dekabr 22:11
509 baxış

“Liverpul” UEFA-ya şikayət etdi: Ruslar irqçilik ediblər

“Liverpul” “Spartak”la görüşdə bir futbolçusunun irqçiliyə məruz qalması ilə bağlı UEFA-ya şikayət edib. Apasport.az saytının məlumatına görə, hadisə iki klubun U-19 komandaları arasındakı Gənclər Liqası oyununda baş verib.

 

Belə ki, matçında sonunda İngiltərə U-17 millisinin də üzvü olan Rian Bruster hakimə yaxınlaşaraq oyunboyu rusların adı açıqlanmayan bir oyunçusunun matçboyu onu irqçi sözlərlə təhqir etdiyini deyib.

 

Hakim isə bunu görüşün protokolunda qeyd edib.

 

Qeyd edək ki, oyun “Liverpul”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti