[b]“Liverpul” və MOİK səfərdə sevindi, APOEL-dən inamlı qələbə - YENİLƏNİB[/b]
16.08.2017 - 00:40
[b]“Liverpul” və MOİK səfərdə sevindi, APOEL-dən inamlı qələbə - YENİLƏNİB[/b]

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 5 qarşılaşma baş tutub.

 

Oyunlara Bakıda start verilib. “Qarabağ” Danimarka çempionu “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib.

 

“Yanq Boyz”la MOİK arasında görüşdə də eyni hesab qeydə alınıb. İsveçrəlilərin uzatma dəqiqəsindəki avtoqol qonaqları sevindirib.

 

İlk oyun günü “Böyük beşlik” təmsilçilərinin dueli ilə əlamətdar olub. “Hoffenhaym” öz meydanında “Liverpul”a uduzub – 1:2. Bu, günün ən qollu qarşılaşması olub.

 

APOEL Kiprdə “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib. “Sportinq”lə “Styaua” arasında matçda isə hesab açılmayıb.

 

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar

15 avqust

“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) - 1:0

Qol: Mahr Mədətov, 25

 APOEL (Kipr) - “Slaviya” (Çexiya) - 2:0

Qollar: De Kamargo, 2, Aloneftis, 10

“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə) - 1:2

Qollar: Ut, 87 - Aleksander-Arnold, 35, Milner, 74

“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya) - 0:0

“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya) - 0:1

Qol: Nuhu, 90+1-öz qapısına

 

0