[b]“Liverpul”dan “Real”a – Salah satılmır![/b]
26.04.2018 - 13:48
[b]“Liverpul”dan “Real”a – Salah satılmır![/b]

“Liverpul”un ulduzu Məhəmməd Salah yayda klubu tərk etməyəcək. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, “Real”ın istəyinə rəğmən, “qırmızılar” misirli futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.

 

“Real” məsələ ilə bağlı “Liverpul”la danışıqlar başlamaq istəsə də, qarşı tərəf Salahın satılmadığını vurğulayaraq, Madrid klubunun cəhdini qarşılıqsız qoyub.

 

“Real” hələ ötən ilin dekabrında Salahla yaxından maraqlanırdı. O zaman futbolçunun transferi 115 milyon avro dəyərində qiymətləndirilirdisə, hazırda minimum 230 milyon avrodan danışılır.

 

Salahın müqaviləsində sərbəst qalma məbləğinin qeyd edilməməsi də “Real”ın işini çətinləşdirir. 25 yaşlı oyunçunun klubla olan müqaviləsi 2022-ci ildə bitir. Hazırda o, həftəsinə 103 min avro qazanır. Yaxın günlərdə sazişin yenilənəcəyi və Salahın aylıq məvacibinin artırılacağı gözlənilir.

0