[b]London klubunda iki müqavilə[/b]
21.07.2018 - 00:40
[b]London klubunda iki müqavilə[/b]

“Tottenhem” bir gündə ikinci futbolçu ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, londonlular argentinalı yarımüdafiəçi Erik Lamela ilə 4 illik yeni müqavilə imzalayıb.

 

2013-cü ildə “Roma”dan “Tottenhem”ə transfer olan Lamela indiyə kim 137 matçda 20 qol vurub.

 

Qeyd edək ki, “Tottenhem” yarımmüdafiəçisi Son Hon-Minlə də müqavilənin müddətini 2023-cü ilin yayına kimi uzatmışdı.

 

0