[b]Luiş Fiqu prezidentliyə namizəd olacaq[/b]
22.07.2018 - 22:17
[b]Luiş Fiqu prezidentliyə namizəd olacaq[/b]

Əfsanəvi portuqaliyalı futbolçu Luiş Fiqu özünü yeni vəzifədə sınamaq niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, keçmiş yarımmüdafiəçi klub prezidenti olmağı hədəfləyir.

 

46 yaşlı futbol funksioneri ilk klubu “Sportinq”in prezidenti olmaq üçün fəaliyyətə başlayıb. O, bir qrup portuqaliyalı sahibkarlarla birlikdə bununla bağlı işə start verib. Fiqu sentyabrda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

 

Qeyd edək ki, “Sportinq”in yetirməsi olan Luiş Fiqu peşəkar futbola 1989-cu ildə Lissabon klubunda başlayıb.

0