[b]“Mançester Siti” Jorjinyonun transferini rəsmiləşdirir[/b]
21.06.2018 - 12:07
[b]“Mançester Siti” Jorjinyonun transferini rəsmiləşdirir[/b]

“Napoli”nin yarımmüdafiəçisi Jorjinyonun “Mançester Siti”yə transferi yaxın günlərdə rəsmiləşəcək. Apasport.az saytının “Guardian”a istinadən məlumatına görə, tərəflər 26 yaşlı futbolçunun keçidini 49 milyon avro qarşılığında razılaşdırıblar.

 

Hazırda “Mançester Siti” və “Napoli” 6 milyon avro olması nəzərdə tutulan bonus məbləğini müzakirə edirlər. İddiaya görə, klublar arasında keçirilməsi gündəmdə olan yoldaşlıq görüşündən əldə olunacaq gəlirin hamısının neapolluların hesabına yatırılması variantlardan biridi.

 

İtaliya millisinin üzvünün “şəhərlilər”lə 5 illik müqaviləyə imza atacağı gözlənilir.

0